6 ayda 13 mindən artıq cinayət qeydə alınıb
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir çox cinayətlərin sayında azalma qeydə alınıb. Belə ki, qəsdən adam öldürmələr 6, adam öldürməyə cəhdlər 16,3, qəsdən sağlamlığa az ağır zərər vurmalar 4,2, mülkiyyət əleyhinə olan cinayətlər 4,8, xuliqanlıqlar 27, yetkinlik yaşına çatmayanların cinayətləri 19,6, ailə münaqişəsi zəminində hüquqpozmalar 6,2, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 33,3, ictimai yerlərdə törədilən cinayətlər 21,5, yol-nəqliyyat hadisələri 7,5, qəzalarda ölənlərin sayı 5, xəsarət alanların sayı 6 faiz azalıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması, axtarışda olan 1821 şəxsin tutulması da məhz hesabat dövründə təmin edilib.
Azvision.az
Teqlər: DİN