Şəkidə modul tipli xəstəxana istifadəyə verildi - FOTO

Şəkidə modul tipli xəstəxana istifadəyə verildi -  FOTO
  30 İyul 2020    Oxunub:3685
İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, bu xəstəxana 100 palatadan və 200 çarpayı yerindən ibarətdir. Prezident İlham Əliyev xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşdü.

Dövlətimizin başçısı modul tipli xəstəxanaların istifadəyə verilməsinin koronavirusla mübarizədə əhəmiyyətindən danışdı, görülən işlər nəticəsində ilk günlərdən ölkəmizdə xəstəliyin nəzarət altında saxlandığını vurğuladı.



Prezident İlham Əliyev Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirləri də qeyd etdi. Həkim Nəzakət Kərimova yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Azvision.az



Teqlər: Şəki   İlham-Əliyev  





Xəbər lenti