Ermənilər Peqovu təhdid edir: “Bizi axmaq yerinə qoydun”
"Biz səni unutmamışıq, Peqov! Bir ay bizi axmaq yerinə qoydun" ,- deyə erməni istifadəçilərdən biri yazıb.
Qeyd edək ki, "Wargonzo" kanalının rəhbəri Semyon Peqov Qarabağda müharibə vaxtı təxribatçı fəaliyyətlə məşğul olub. O, Azərbaycanın qələbə xəbərlərini gizlədərək, erməni cəmiyyətinə dezinformasiyalar ötüb.
Azərbaycan Baş Prokurorluğu tərəfindən 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqov barəsində Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.
Azvision.az
Teqlər: SemyonPeqov