Daha bir erməni vandallığı: İsanın heykəlini dağıtdılar - FOTO

      Daha bir erməni vandallığı:   İsanın heykəlini dağıtdılar -    FOTO
  30 Avqust 2022    Oxunub:2352
Ermənistanda döyüşçülərin xatirəsinə ucaldılmış abidə dağıdılıb. AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı olan "Shamshiyan.com" məlumat yayıb.
Bildirilir ki, İrəvanda naməlum şəxslər növbəti dəfə şəxslər vandalizm əməli törədiblər.

"Xainin burnunu qırmışam" - "Qəhrəmanı"n büstünü təhqir edən erməni
"Məşhur Kanazi xəstəxanası və 77 nömrəli orta məktəbin yaxınlığında quraşdırılmış xaçkarı dağıdıblar. Arabkirli döyüşçülərin xatirəsinə ucaldılmış xaçkarın yuxarı hissəsində olan İsa Məsihin heykəlinin başı və əli sındırılıb. Xaçkar 2007-ci ildə quraşdırılıb və "Ərəbkirdə həlak olmuş azadlıq döyüşçülərinə əbədi şöhrət" adını daşıyır", - nəşr yazıb.

Qeyd edək ki, ermənilər heykəllərə, mədəni abidələrə hücumları ilə ad çıxarıblar. Onlar nəinki bir vaxtlar işğal olunmuş torpaqlarda Azərbaycana aid abidələri dağıdıblar, vandallıqlar törədiblər, hətta öz ölkələrində belə dəfələrlə heykəl və abidələrə hücumlar ediblər. Məsələn, ötən il Ermənistanda Hindistanın fəxri sayılan Mahatma Qandinin heykəli də yandırılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Heykəl   Vandallıq  



Xəbər lenti