Zaxarova Bakı və İrəvanın "rus sülhü" ilə razılaşacağına ümidlidir

Zaxarova Bakı və İrəvanın  "rus sülhü" ilə razılaşacağına  ümidlidir
  01 Mart 2023    Oxunub:1063
"Hələ də Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya Federasiyası ilə birgə hazırlanmış sülh təşəbbüslərinin həyata keçiriləcəyinə ümidlər var".
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosunun efirində deyib.

Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə müdaxilə etməsi cəhdlərini kobudluq adlandırıb. Onun sözlərinə görə, bu cür siyasət münaqişənin həlli üçün deyil, “tam əks məqsədlərlə” aparılır.

Simonyan: "Sülh sazişi ilə bağlı konsensuslar əldə olunub"
"Təəssüf ki, biz uzun illərdir burada belə bir tendensiya müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar", - diplomat əlavə edib.

O xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı etdiyi münaqişələrin həlli ilə bağlı hansısa uğurlu nümunələr yoxdur. Eyni zamanda Qərbin təşəbbüsü ilə yaranan münaqişələrin sayı da artır.

Xatırladaq ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransı zamanı da oxşar mövzuda diqqət çəkən açıqlamalar vermişdi. O, qeyd edib ki, Ermənistanda Avropa İttifaqı tərəfindən təşkil olunan qondarma mülki missiya onun legitimliyi baxımından bir çox suallar doğurur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülh   Rusiya  



Xəbər lenti