Qəbula gələnlər əsasən ev təmirinə köməklik göstərilməsi, torpaq sahəsinin ayrılması, işlə təminat və eləcə də qaz və lift təsərrüfatı ilə bağlı müraciətlərdən ibarət olub. Bir qrup şəhid ailəsi, həmçinin Qarabağ müharibəsi əlilləri maddi yardım üçün müraciətlər etmiş və onların istəkləri müsbət həll olunub.
Mehman Məmmədov Qarabağ müharibəsi əlilidir. Onun sağlamlığının bərpası üçün sanatoriyaya göndəriş üçün müraciəti müsbət həll olundu. Qarabağ müharibəsi əlili Mahmud Abbasova ticarət obyekti üçün torpaq sahəsinin ayrılmasına göstəriş verildi. Milli Qəhrəmanın oğlu, Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu İlham Əliyev və Gəncə Dövlət Universitetinin məzunu Nigar Həsənli işlə təmin edildilər.
Qəbulda minnətdarlıq edənlər də olub. Mariya Abdullayeva, Həvayət Sadıqova, İmran Qasımov və başqaları şəhərdə əhalinin rahatlığı üçün yaradılan şəraitə görə ölkə rəhbərinə, eləcə də şəhər icra hakimiyyəti başçısına minnətdarlıqlarını bildiriblər.
Ümumiyyətlə, qəbula gələn vətəndaşların böyük əksəriyyətinin arzu və istəyi təmin edilib.







Vaxtında, Aydın, Lazımlı!


