Ötən gün Paşinyan ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazmışdı ki, Baş nazirin oğlu Aşot Paşinyan İkinci Qarabağ müharibəsində ölən erməni hərbçilərin valideynləri tərəfindən yaradılan “Oğulların çağırışı” ictimai təşkilatının üzvləri tərəfindən oğurlanıb.
|
| Paşinyanı oğurlamaq istəyən qadın aclıq aksiyasına başlayıb |
“Onlar Aşot Paşinyanı maşına minməyə məcbur ediblər, lakin maşın dayanan zaman o, tullanmağa müvəffəq olub, bundan sonra Paşinyanı arxadan gələn eyni təşkilatın maşını vurub”, - qəzet yazır.
Bildirilir ki, A.Paşinyan ayağından zədə alıb. O, hüquq-mühafizə orqanlarına müraciət edib, ictimai təşkilatın üzvləri isə hadisə yerini tərk ediblər.
Daha sonra İstintaq Komitəsi “Oğurluq” maddəsi ilə cinayət işi açıb. "Oğulların çağırışı" təşkilatı adam oğurluğu ittihamını rədd edib. Onlar qeyd ediblər ki, təşkilat üzvləri təsadüfən Aşot Paşinyanla görüşüblər, əsgər anaları ona yaxınlaşıb, maşına minməyi, söhbət etməyi və İrəvandakı Yerablur hərbi qəbiristanlığına birlikdə getməyi təklif ediblər.
Təşkilat iddia edir ki, Aşot Paşinyan etiraz etmədən heç kimin müdaxiləsi olmadan Qayane Akopyanın maşınına minərək Yerablura gedib, daha sonra yolda naməlum səbəbdən maşından düşüb.
Şahanə Rəhimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


