Yaşar Gülər: “Müttəfiqlərimiz bizə ixrac məhdudiyyəti tətbiq edirlər"

      Yaşar Gülər:    “Müttəfiqlərimiz bizə ixrac məhdudiyyəti tətbiq edirlər"
  17 İyun 2023    Oxunub:1235
“Müttəfiqlərimiz bizə ixrac məhdudiyyəti tətbiq edirlər".
AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O bildirib ki, bu, qəbuledilməzdir: "Bu, NATO-nun təhlükəsizliyinə təsir göstərir".

Nazir Türkiyənin Alyansın genişlənmək siyasətini müsbət qarşıladığını vurğulayıb: "Öhdəliklərini yerinə yetirərsə, İsveç də Finlandiya kimi NATO-nun üzvü ola bilər.

Y. Gülər həmçinin Türkiyənin terrorla mübarizəsinin sonadək davam edəcəyini vurğulayıb: "Bu istiqamətdə bütün müttəfiqlərimizdən dəstək gözləyirik".

AzVision.az



Teqlər: Türkiyə  



Xəbər lenti