İrana gələn avropalı turistlərin sayı azalıb
- Ən mühüm xarici turistlər ərəb ölkələrindən, xüsusilə də İraqdandır. Əfqanıstanla bizim aramızda uçuşların və İrana gələn “turist”lərin sayı artıb. Bu turistlər səhiyyə sahəsindən əlavə (müalicə məqsədilə) Qərbə getmək və ya vətənlərinə qayıtmaq üçün İrana səfər edirlər. Əfqanıstandan İrana həftədə gələn təxminən 9-10 reysin hamısı olu olur”, - Rəfi deyib.
Maraqlıdır ki, məmur öz ölkəsinə qayıtmaq üçün yaxud Qərbə səyahət etmək üçün İran ərazisindən keçən Əfqanıstan vətəndaşlarını da turist sayır. Rəfi avropalı turistlərin sayının nə dərəcədə azaldığını açıqlamayıb. Lakin qərb ölkələrini İranı həmin dövlətləri vətəndaşlarını siyasi və maliyyə imtiyazları almaq üçün girov saxlamaqda ittiham etməsi fonunda bu azalama heç də təəccüblü deyil.
Ötən illərdə İran cinayətkarlarının azadlığa buraxılması və müəyyən maliyyə sövdələşmələri müqabilində əcnəbi vətəndaşların, hətta ikili vətəndaşların həbsdən çıxması hallarıd da turistlərin gəlişi məsələsinə müsbət təsir göstərə bilməyib. Ümumdünya Turizm Təşkilatının statistikasına görə, xarici turistlərin İrana gəlişi 2019-cu ildə 9 milyondan çox olduğu halda, 2021-ci ildə 1 milyon nəfərdən aşağı düşüb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


