TASS: "Azərbaycan Metsamor AES ilə bağlı risklərdən narahatdır”

      TASS:    "Azərbaycan Metsamor AES ilə bağlı risklərdən narahatdır”
  26 Sentyabr 2023    Oxunub:1259
“Azərbaycan Ermənistandakı atom elektrik stansiyasının (AES) fəaliyyəti ilə bağlı ortaya çıxan təhlükəsizlik risklərindən narahatdır”.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransının 67-ci sessiyasında çıxışı zamanı deyib.

İrəvan AES-in "ömrü"nü daha 10 il uzadır
“Biz dövlətlərin nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə hüququnu tam dəstəkləyirik. Lakin bu texnologiyalar transsərhəd xarakter daşıdığından potensial nəticələr də nəzərə alınmalıdır. Azərbaycan, o cümlədən, Metsamor AES ilə bağlı risklərdən narahatdır”, - nazir müavini bildirib.

Onun sözlərinə görə, Ermənistandakı AES 1976-1980-ci illərdə aktiv seysmik zonada köhnəlmiş texnologiyalar əsasında tikilib. “Köhnəlmiş texnologiyaların istifadəsi və avadanlığın köhnəlməsi, eləcə də seysmik aktiv regionun olması - bütün bunlar Metsamor AES-i bütün region üçün narahatlıq mənbəyinə çevirir”, - T.Əmiraslanov vurğulayıb.

O əlavə edib ki, Bakı İrəvanı BAEA-nın tövsiyələrini yerinə yetirməyə və qonşu ölkələrin narahatlıqlarını aradan qaldırmaq üçün lazımi tədbirlər görməyə çağırır.
AzVision.az



Teqlər:   Metsamor   AES   Ermənistan  



Xəbər lenti