BDU və Qərbi Azərbaycan İcması birgə fəaliyyət planı hazırlayacaq

   BDU və Qərbi Azərbaycan İcması birgə fəaliyyət planı hazırlayacaq
  12 Oktyabr 2023    Oxunub:1421
Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcması Qərbi Azərbaycanla bağlı tədqiqatların aparılması məqsədilə birgə fəaliyyət planı hazırlayacaq.
Universitetdən AzVision.az -a bildirilib ki, fəaliyyət planı çərçivəsində BDU-nun bütün fakültələri Qərbi Azərbaycanla bağlı araşdırma və tədqiqatlara cəlb olunacaq, birgə beynəlxalq konfrans, elmi seminar və konfranslar keçiriləcək.


Həmçinin BDU-nun Tarix fakültəsinin nəzdində Qərbi Azərbaycan tarixinə dair Elmi-Tədqiqat Mərkəzinin yaradılması, bu istiqamətdə sistemli elmi işlərin və tədqiqatların aparılması nəzərdə tutulur.

BDU-nun bakalavriat, magistratura səviyyələri üzrə təhsil proqramlarına da Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, dialekt və şivələri, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsi planlaşdırılır.

AzVision.az



Teqlər:



Xəbər lenti