Göygöldə mikroavtobusla minik maşını toqquşub, 6 nəfər xəsarət alıb

   Göygöldə mikroavtobusla minik maşını toqquşub, 6 nəfər xəsarət alıb
  13 Oktyabr 2023    Oxunub:1110
Göygöl rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AzVision.az -ın məlumatına görə, "Mercedes" markalı mikroavtobusla "VAZ" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə yol polisləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Qəza nəticəsində azı 6 nəfərin xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)


Teqlər:



Xəbər lenti