Azərbaycan gənclər və könüllülər təşkilatları bəyanat yayıb
"20 il bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır" söyləyən cənab Prezident ali siyasi rəhbər funksiyalarının icrasına başladığı ilk gündən Azərbaycanı və Azərbaycan xalqını bəyan edilmiş bu hədəfə doğru inamla aparmışdır. Azərbaycanda ötən illər ərzində aparılan iqtisadi, siyasi və hərbi islahatlar hər bir azərbaycanlı kimi biz gənclərin də ülvi arzusu olan ərazi bütövlüyümüzün bərpasını təmin etmişdir. 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün ərzində davam edən Vətən Müharibəsində parlaq qələbəmiz məhz bu islahatların və qətiyyətli liderliyin sayəsində mümkün olmuşdur.
Sözün əsl mənasında müstəqil olan, öz xarici və daxili siyasətini özü müəyyən edən dövlətimiz ötən 20 il ərzində mühüm iqtisadi tərəqqiyə nail olmuş, ümumi daxili məhsulumuz dəfələrlə artmış, nəticədə Azərbaycan yoxsul və yardım qəbul edən ölkədən inkişaf etmiş donor ölkəsinə çevrilmişdir. Təbii ki, iqtisadi artım biz Azərbaycan gənclərinin də rifahına və inkişafına müsbət təsir etmiş və gənclər qarşısında geniş imkanlar açmışdır. Dövlət Başçımızın rəhbərliyə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərə və könüllülərə mühüm yer ayırması və onların himayədarı kimi çıxış etməsinin nəticəsi idi ki, gənclərimiz istər torpaqlarımızın 30 illik işğaldan azad olunmasında, istərsə də ölkəmizin iqtisadi, elmi, mədəni inkişafında mühüm töhfə vermək qabiliyyətini layiqincə nümayiş etdirmişlər.
Biz, ətrafında yüz minlərlə gəncləri və könüllüləri birləşdirən gənclər və könüllülər təşkilatları Liderimizin bütün istiqamətlərdə fəaliyyətini dəstəkləyir və atılan hər bir addımda həmrəyliyimizi ifadə edirik. Qalib dövlətin gəncləri və könüllüləri olaraq biz ölkəmizin gələcəyinin dünya miqyasında sayılan və hörmət edilən güclü liderlə bağlı olduğunu anlayır və ölkəmizi növbəti parlaq zəfərlərə doğru aparan yolda Müzəffər Ali baş komandanla hər zaman olduğu kimi yanaşı addımlamağa hazır olduğumuzu bəyan edirik. İlham Əliyev–gənclər birliyi sarsılmazdır!"
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


