Qubada minik və yük avtomobili toqquşub, yaralananlar var

   Qubada minik və yük avtomobili toqquşub,    yaralananlar var
  15 Oktyabr 2023    Oxunub:1491
Qubada iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, rayonunun Amsar kəndi ərazisində “VAZ-2107” və “GAZ-33021” markalı avtomobillər toqquşub.

Hadisə zamanı avtomobillərin sürücüləri Coşqun Mirzəyev və Fariz Əşrəfov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti