Putin İsrail və Fələstin liderləri ilə danışacaq

   Putin İsrail və Fələstin liderləri ilə danışacaq
  16 Oktyabr 2023    Oxunub:1246
Rusiya Prezidenti Vladimir Putin bu gün İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparacaq
Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib. V.Putinin köməkçisi bildirib ki, Rusiya lideri Fələstin-İsrail arasında yaşanan eskalasiyasını diqqətlə izləyir.

“Kreml Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi kontekstində dərhal atəşkəsə və siyasi nizamlanma prosesinə başlamağa çağırır”, - deyə Yuri Uşakov əlavə edib.

AzVision.az


Teqlər:



Xəbər lenti