Azərbaycanda qastronomiya ilə bağlı turizm marşurutları açılacaq

   Azərbaycanda qastronomiya ilə bağlı turizm marşurutları açılacaq
  17 Oktyabr 2023    Oxunub:1074
“Milli dadlar” layihəsi ilə bağlı regionlardan məlumat bazasının toplanılması ilin sonuna başa çatacaq.
Bunu AzVision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib. O qeyd edib ki, gələn il artıq sorğu materiallarının ekspertlərlə çeşidlənərək sistemə oturulması prosesi həyata keçiriləcək.

“Növbəti ildən qastronomiya ilə bağlı turizm marşurutlarının işə düşməsi planlaşdırılır. Həmçinin gələn il “solofood” marşurutları həyata keçirilməyə başlanılacaq”.

A.Hüseynova küçə yeməkləri konsepsiyasının da ilin sonuna qədər hazır olacağını qeyd edib:
“Maliyyə prosedurları da həllini tapandan sonra növbəti ildən ilkin işlərə başlanılacaq və Azərbaycana məxsus milli yeməklərimizi şəhər sakinləri, turistlər paytaxt küçələrindən əldə edə biləcək. Bu, qutaq və ya kiçik lavaşda kabab da ola bilər ki, onun heç də şaurmadan əskik tərəfi yoxdur”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti