Putinin Çinə səfəri başlayıb

    Putinin Çinə səfəri başlayıb
  17 Oktyabr 2023    Oxunub:1172
Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasına (ÇXR) səfəri başlayıb.
AzVision.az xəbər verir ki, səfərin məqsədi Pekində keçiriləcək 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakdır. Vladimir Putinin ÇXR Sədri Si Cinpin və forumda iştirak edən bir neçə ölkənin liderləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, oktyabrın 17-18-də Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu keçirilir. Təşkilat komitəsinin məlumatına əsasən, forumda 140-dan çox ölkənin dövlət və hökumət başçıları, yüksəkvəzifəli rəsmi şəxsləri, 30-dan çox beynəlxalq və regional təşkilatın rəhbərləri, ümumilikdə 4 mindən artıq nümayəndə iştirak edir.



AzVision.az


Teqlər:



Xəbər lenti