Sumqayıtda batareya udan uşaq ölüb
"Valideynin verdiyi anamnezə əsasən uşaq bir həftədən çoxdur xəstə olub. 16.10.2023- cü il tarixdə Uşaq Xəstəxanasının Poliklinika şöbəsinə poliklinika şöbəsinə öskürək, hərarət, halsızlıq, qusma, yeməkdən imtina şikayətləri ilə pediatra müraciət edib. Müayinələr nəticəsində uşağın qida borusunda yad cism olduğu aşkarlanmışdı. Uşaq Sumqayıtda yerləşən özəl klinikaların birinə göndərilib. Yad cism çıxarıldıqdan sonra uşaq valideynləri tərəfindən evə aparılıb. Valideynin dediyinə görə, axşam uşağın vəziyyəti qəflətən pisləşib. Valideyn uşağı yaxında yerləşən özəl klinikaya çatdırıb. Klinikada uşağın vəziyyətini tənəffüs ürək dayanması kimi qiymətləndirilərək, ilkin yardım göstərilib və süni tənəffüs aparatına qoşularaq Uşaq Xəstəxanasına çatdırılıb. 17.10.2023 saat 06:40-da xəstədə təkrar ürək dayanması baş verib. Aparılan reanimasion tədbirlərə baxmayaraq bu gün saat 07:10 radələrində bioloji ölüm baş verib".
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


