Azərbaycan və Türkiyə orduları birgə taktiki təlim keçirəcək

   Azərbaycan və Türkiyə orduları birgə taktiki təlim keçirəcək
  17 Oktyabr 2023    Oxunub:1195
Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Bakıya gəlib.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, birgə taktiki təlimin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti