Ceyhun Bayramov Hakan Fidanla regionda baş verən prosesləri müzakirə edib
Qeyd edilib ki, görüş zamanı ikitərəfli strateji müttəfiqlik münasibətlərinin gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, regionda baş verən son proseslər, eləcə də Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin perspektivləri müzakirə olunub.
İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Şuşada keçirilmiş 27-ci iclasında müzakirə edilən məsələlər və iki ölkənin ilin sonunadək çoxtərəfli formatda keçirələcək tədbirlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazirlər, həmçinin geniş regionda baş verən prosesləri müzakirə ediblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


