"O qədər də yaxşı deyiləm" - Elmira Süleymanova haralardadır?

   "O qədər də yaxşı deyiləm" -    Elmira Süleymanova haralardadır?
  19 Oktyabr 2023    Oxunub:1257
"Ölkədə baş verən bütün prosesləri izləyirəm".
Bunu AzVision.az -a açıqlamasında Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova deyib. Onun sözlərinə görə, Xankəndidə bayrağımızın ucaldılması sevindirici xəbərdir:

"Hamımızın gözü, qulağı orda idi. Çox şükür, xalq olaraq hər zaman o hisslərlə yaşamışıq".

Hazırda Ağsaqqalar Şurasının sədr müavini olan E.Süleymanova AMEA-da çalışdığını qeyd edib. O, səhhəti ilə bağlı problemlərin də olduğunu vurğulayıb: "O qədər də yaxşı deyiləm. Əməliyyat keçirmişəm".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti