"İndiki Azərbaycan qadınları 15-20 il əvvəlkindən fərqlidir" - Əli Əhmədov

   "İndiki Azərbaycan qadınları 15-20 il əvvəlkindən fərqlidir" -    Əli Əhmədov
  19 Oktyabr 2023    Oxunub:1213
Azərbaycan höküməti qadınların inkişafına, təhsil, elm və həyatın bütün sferalarında inkişaf etməsi üçün şərait yaradıb.
AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib. O qeyd edib ki, indiki Azərbaycan qadınları 15-20 il əvvəlkilərdən fərqlidir.

"Bu qadınlarımız ictimai-siyasi həyatda fəal iştirak etməklə yanaşı, sahibkarlıq sahəsində geniş fəaliyyət göstərirlər. Qadınların bundan sonra da cəmiyyətdə rolunun artmasına imkan verəcək şəraiti yaratmaq istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında müxtəlif proqramlar hazırlanıb və işlər həyata keçirilir.
Azərbaycan cəmiyyətinin potensialının artırılmasında qadınların iştirakçılığının artılması istiqamətində bundan sonra da səylər gücləndiriləcək. Azərbaycan höküməti bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin işinə lazımi dəstəyi göstərəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti