"Heç bir əsgərimiz fərarilik etmədi"

   "Heç bir əsgərimiz fərarilik etmədi"
  19 Oktyabr 2023    Oxunub:887
"Vətən müharibəsi dövründə Azərbaycan Ordusunda xidmət edən əsgərlərimizdən bir nəfər də olsun fərarilik etməyib".
AzVision.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycan Qadınlarının Vl Qurultayında çıxışı zamanı deyib.

O vurğulayıb ki, bu qadınlarımızın bir ana olaraq onları necə yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi böyütdüyünü, təlim-tərbiyə verdiyini parlaq şəkildə təsdiq edir:

"Bundan əlavə qadınlarımız Ordu quruculuğu prosesinə də öz töhfələrini vermiş və hətta tarixi Zəfərin əldə olunmasında xüsusi fədakarlıq nümunələri göstəriblər".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti