Növbəti iki gündə temperatur yüksələcək

   Növbəti iki gündə temperatur yüksələcək
  20 Oktyabr 2023    Oxunub:972
Bəzi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 20-si səhərdən tədricən kəsiləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, ölkə ərazisində bu gün gündüz və oktyabrın 21-22-də hava şəraiti mülayim, sabit keçəcək.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

AzVision.az


Teqlər:



Xəbər lenti