Millət vəkili: "anti-Azərbaycan addımların arxasında səlibçilik dayanır"

      Millət vəkili:    "anti-Azərbaycan addımların arxasında səlibçilik dayanır"
  20 Oktyabr 2023    Oxunub:933
Bu ilin iyulunda Bakıda keçirilən “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılan Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyəti artıq beynəlxalq aləmdə ciddi platformaya çevrilməkdədir. Bu gün Milli Məclisin penar iclasındakı çıxında deputat Sahib Alıyev Fransanın və bəzi xarici dairələrin Azərbaycana qarşı düşmənçilik siyasətinin həm də bu məsələ ilə bağlı olduğunu vurğulayıb.
AzVision.az çıxışında iki məsələyə - qaranlıq keçmişləri olan və gələcəkləri də yaxşı heç nə vəd etməyənlərin Azərbaycana qarşı düşmənçilik siyasətindən və “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı Bakıda keçirilən beynəlxalq konfransdan danışmaq istədiyini deyən Sahib Alıyev, əslində hər iki məsələnin bir-birinə sıx bağlı olduğunu vurğulayıb.

Bu gün Azərbaycana qarşı düşmənçilik siyasəti yeridənlərin başında duran Fransa dünyada neokolonializmin ən mənfur formasını reallşadıranlardandır. Bizim regiona da elə həm də bu məqsədlə burnunu soxur.

“Avropa Parlamentində Nikol Paşinyanın bu həftə Azərbaycana qarşı böhtan dolu çıxışına verilən reaksiya təəssüf ki, qərbdə Fransa ilə eyni dəyərsizliyi bölüşənlərin heç də az olmadığını ortaya qoyur və bu səbəbsiz deyil. Diqqət edin, Qranadada soydaşlarının Qarabağdan getmələrini öz imzası ilə “kütləvi köç” kimi təsdiqləyən Nikol Paşinyan Strasburqda bunu etnik təmizləmə kimi təqdim edir və salondakılar da o saxtakarı ayaq üstə alqışlayırlar. Deyəcəksiniz ki, onu özlərinə bənzətdikləri üçün belə davranırdılar. Mümkündür. Amma həmin sirki təşkil edənlərin Paşinyandan Zelenski düzəltmək istədikləri göz qabağında idi”, - millət vəkili deyib.

Özü də həmi şoumenlər bununla cənab Zelensikiyə də, Ukrayna xalqına da qarşı böyük haqsızlıq etdiklərinin yaxşı bilirlər. Çünki öz torpaqlarını işğaldan qurtarmağa çalışan Ukrayna xalqı haylar kimi başqasının ərazilərinə göz dikməyib.

Paşinyanı Kremldəkilərin əleyhinə danışdırmaqla ondan Zelenski düzəltməyə çalışan qərbdəki qüvvələrin Ukraynaya dəstəklərinin arxasında bu ölkənin işğalla üzləşməsi yox, Rusiya ilə savaşmasının durduğu növbəti dəfə sübuta yetib.

- Niderlandın müdafiə naziri Ollonqren də iki həftə öncə demişdi ki, Ukraynaya yardım Rusiyanın NATO üçün təhlükəyə çevrilməsinin qarşısını almağın ən ucuz metodudur, çünki vuruşan və həlak olanlar ukraynalılardır. İndi o adamın təmsil etdiyi ölkənin, yaxud da İspaniya və Avstriya parlamentlərinin eyni mərkəzin diqtəsilə Azərbaycana qarşı beynəlxalq normalara və regiondakı reallığa qətiyyən uymayan qətnamə qəbul etmələrinə təəccüblənməyə dəyərmi?” , - deputat ritorik sualla həmkarlarına müraciət edib.

Bu cür anti-Azərbaycan addımlarının arxasında səlibçiliyin dayandığının şübhəsiz olduğunu vurğualyan millət vəkili, Qarabağa gəlmə olan hayların oradan getməsini böyük faciə kimi qarşılayanların Qərbi Azərbaycanlıların üzləşdikləri etnik təmizləmə haqda bir kəlmə belə danışmamalarının başqa səbəbi olduğuna diqqət çəkib.

“Bizi onlar haqlarını tapdadıqları korsikalı, kataloniyalı və başqaları gözündə görürlər. Çünki aborigenik. Hayların Qarabağdan getmələri isə Fransa kimilərinə həm də işğal etdikləri torpaqlardan özlərinin də bir vaxtlar necə çıxarılmalarını xatırladır və çıxarılacaqlarından xəbər verir, ona görə odlanırlar” , - Sahib Alıyev vurğulayıb.
AzVision.az



Teqlər: Azərbaycan   qərəzlilik  



Xəbər lenti