Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib

   Türkiyənin    F-16    təyyarələri Azərbaycana gəlib
  20 Oktyabr 2023    Oxunub:1486
"Mustafa Kamal Atatürk - 2023" təlimində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 təyyarələri oktyabrın 20-də ölkəmizə gəlib.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.

AzVision.az



Teqlər: Türkiyə  



Xəbər lenti