Kiani: “Səfirliyimiz erməni yalanlarının qarşısını peşəkarlıqla alır”

   Kiani:    “Səfirliyimiz erməni yalanlarının qarşısını peşəkarlıqla alır”
  20 Oktyabr 2023    Oxunub:1120
İsveçdəki səfirliyimiz erməni lobbisi tərəfindən dezinformasiyaların qarşısının alınmasında effektiv iş mexanizmini ortaya qoymaqla, fərqlənir.
Bu sözləri İsveç Krallığında yaşayan Azərbaycan diasporunun tanınmış təmsilçisi və lobbiçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kiani deyib.

“İstər Vətən müharibəsində, istərsə də Azərbaycan dövlətinin anti-terror tədbirləri ilə bağlı İsveçdəki erməni lobbisinin əleyhimizə apardığı dezinformasiyanın qarşısının alınmasında bu ölkədəki səfirliyimizin əməyi danılmazdır. Müşahidələrim əsasında deyə bilərəm ki, səfirlik bu istiqamətdə ardıcıl fəaliyyəti ilə daim seçilir”,- o qeyd edib.

L.Kianı erməni lobbisinin çaşdırıcı, həqiqətlərə uyğun olmayan anti-azərbaycan fəaliyyəti xüsusən də səfirimiz Zaur Əhmədov tərəfindən yüksək səviyyədə alındığını vurğulayıb: “Bu istər yerli mediada, siyasi dairələrdə görüşlərdə də özünü göstərir. Əvvəllər yerli media Azərbaycanla bağlı həqiqətləri əks etdirməyən məlumatlar yayırdılar, sonradan bunun qarşısı əsaslandırılmış faktlarla alındı. Ən azından İsveç mediası bitərəflik nümayiş etdirməyə başladı. Azərbaycanla bağlı məlumatları yaymağa başladılar. Bu səfirliyimizin peşəkar əməkdaşlarının sayəsində olur və onlar bu istiqamətdə işlərini səmərəli şəkildə davam etdirirlər”.
AzVision.az



Teqlər:



Xəbər lenti