Tovuzda 5 nəfər su kanalına düşüb

Tovuzda 5 nəfər su kanalına düşüb
  21 Oktyabr 2023    Oxunub:2045
Tovuz rayonunda beş nəfər yerli sakin ehtiyatsızlıqdan su kanalına düşərək xəsarətlər alıb.
AzVision.az xəbər verir ki, hadisə Düz Cırdaxan kənd ərazisində qeydə alınıb.

Belə ki, su kanalı üzərində olan bənddən keçmək istəyən 5 şəxs ehtiyatsızlıqdan kanala düşüblər.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Tovuz   Kanal  



Xəbər lenti