Novruz Məmmədovu heyrətləndirən səbəb - FOTO

Novruz Məmmədovu heyrətləndirən səbəb - FOTO
  17 İyun 2014    Oxunub:867
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov dövlət başçısı İlham Əliyevin Yunanıstana etdiyi səfərə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, N.Məmmədov Twitter səhifəsində qeyd edib ki, dövlət səfəri çərçivəsində keçirdiyi görüşlər və apardığı danışıqlar bu ölkə ilə əməkdaşlığın müxtəlif sahələrdə inkişafına töhfə verəcək:

“Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində Akropolu ziyarət etdik. Akropol dünyanın ən qədim və möhtəşəm abidələrindən biridir. İnsanı heyrətə gətirir. Cənab Prezidentin Yunanıstanda dövlət səfəri çərçivəsində keçirdiyi görüşlər və apardığı danışıqlar bu ölkə ilə əməkdaşlığın müxtəlif sahələrdə inkişafına töhfə verəcək. Cənab Prezidentin səfəri həm də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün faydalıdır”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti