Rüşvət qalmaqalındakı nazirlərin istintaq işi gecikdirilir

Rüşvət qalmaqalındakı nazirlərin istintaq işi gecikdirilir
  21 İyun 2014    Oxunub:989
Türkiyədə rüşvət və qaçaqmalçılıqda ittiham olunan dörd nazirin istintaq işi bir illik təxirə salınıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində yaradılan istintaq komissiyası parlamentin gələn ay tətilə çıxmağı ilə əlaqədar olaraq fəaliyyətini donduracaq.

Keşmiş nazirlər Zəfər Çağlayan, Egemen Bağış, Müəmmar Gülər və Ərdoğan Bayraqdarla bağlı açılan cinayət işi TBMM tarixində ilk dəfə olaraq istintaq komissiyasının yaradılması tarixindən 1 il sonraya təxirə salınacaq.

Qeyd olunduğu kimi bunun səbəbi TBMM-in tətilə çıxması ilə bağlıdır. Oktyabrda yenidən işə başlayacaq istintaq komissiyasının 4 ay ərzində məsələ ilə bağlı hesabat hazırlayacağı və bunun da 2015-ci ilin mart ayına qədər uzana biləcəyi bildirilir.

Prezident seçkisi, Mosuldakı böhran və Balyoz məhbuslarının azadlığa buraxılması ilə əlaqdar olaraq gündəmdən düşən istintaq qərarı müxalifət partiyaları tərəfindən gündəmə gətirilib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti