Məşhur serialda erməni konyakı ələ salındı - VİDEO

Məşhur serialda erməni konyakı ələ salındı - VİDEO
  12 Mart 2015    Oxunub:10907
Rusiyanın TNT kanalında yayımlanan `İnternlər` komediya serialında erməni konyakını aşağılayan səhnə göstərilib.

Belə ki, seriala görə klinikanın veneroloqu, yəhudi həkim Kupitman (Vadim Demçoq) keyfiyyətli konyak həvəskarıdır. Və həmişə pasientlərindən konyak hədiyyə alır. Amerikadan gəlmiş intern Fil Riçardsı (Odin Bayron) yanına işə götürəndən sonra həmin konyakların bir qismi yeni həkimə getməyə başlayır. Bundan qəzəblənən Kupitman həmin konyakları zorla Riçardsın əlindən alır, yaxşıları özünə götürür, erməni konyakını isə zay məhsul kimi Fil Riçardsa qaytarır.

Həmin səhnəni təqdim edirik:

Tariyel
AzVision.az





Teqlər:  





Xəbər lenti