Yuanın vəziyyəti `Kitayski`dir - 10 ayda 6-cı devalvasiya

Yuanın vəziyyəti `Kitayski`dir - 10 ayda 6-cı devalvasiya
  04 May 2016    Oxunub:2728
Çinin Xalq Bankı bu gün milli valyuta kursunu – yuanın dollara olan məzənnəsini 0,58% aşağı salıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Valyuta Ticarət Sisteminin (CFETS) saytında yerləşdirdiyi məlumatda bildirilir.

Yeni məzənnəyə əsasən çinlilər bir dollar üçün 6,4943 yuan ödəməlidirlər.

Qeyd edək ki, bundan əvvəl Çin yuanı dekabrın 14-da devalvasiyaya uğrayıb və bir dollar 6,4445 yuan olub.

Bundan əvvəl yuanın dekabrın 10-da məzənnəsi dəyişmişdi.

Xatırladaq ki, Çin Xalq Bankı bu ilin avqust ayında üç gündə milli valyutanı üç dəfə devalvasiya etmişdi: Avqustun 11-i Çin valyutası 1,9%, avqustun 12-i isə daha 1,62% devalvasiya edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti