Əmanətçilərə 734 milyon kompensasiya ödənilib
Fonddan AzVision.az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 734,131 mln. manat ödənilib.
Fond, həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir.
AzVision.az
Teqlər: manat