Adil Qeybulla: `El hərəkatının gücünü gördük`.

Adil Qeybulla: `El hərəkatının gücünü gördük`.
  05 Sentyabr 2013    Oxunub:1220
`Milli Şura seçkiqabağı mübarizə abu-havası yarada bilmədi`
`Milli Şura bugun uğursuzluğa düçar olub. Amma onun uğursuzluğunun məsuliyyətini kim daşıyacaq. Bu suala cavab verən yoxdur. Milli Şura müxalifəti özündə cəmləşdirməsinə baxmayaraq, ölkədə seçkiqabağı mübarizə abu -havası yarada bilmədi`.

Bunu Müsavat Partiyası Divanının sabiq üzvü, tibb elmləri doktoru, professor Adil Qeybulla son zamanlar Milli Şurada yaşanan fikir ayrılıqlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Milli Şura özünü doğrultmayan bir layihədir :`Mili Şuranın irəli sürdüyü namizəd fədakarcasına ortaya çıxa bilmədi, alternativ namizəd məsələsi ortaya çıxdı. Daha sonra da Mili Şuranın Rusiyanın proyekti olması, şurada Rusiyanın təsirinin olması barədə fikirlər səsləndi. Azərbaycan müstəqil dövlətdir, Milli Şuranın arxasında dayanan Rusiyanın Azərbaycanın xeyrinə hansısa addımlar atmasına inanmaq çox sadəlöhvlük olardı. Milli Şuranın real perespektivinə, seçkidəki uğurlarına inanmıram. Milli Şura haqqındakı sözümü seçkidən sonra deyəcəm`.

A.Qeybullanının sözlərinə görə, seçkidən qabaq danışmağı şura üzvləri müsbət qarşılamırlar :`Seçkiyə qədər danışmaq istəmirəm. Bunu başqa cür qiymətləndirirlər ki ,Milli Şuraya əks təbliğat aparırıq, nüfuzdan salırıq. Bu, elə deyil, bizim əlimizdə faktlar var. Seçkilərdən sonra Milli Şura üzərində ciddi dayanmaq lazımdır. Uğursuzluqlar olacaqsa, Milli Şura buna ciddi məsuliyyət daşıyacaq. Cəmil Həsənli hörmət etdiyim böyük ziyalıdır. Burada söhbət müxalifətin geniş spekterini əhatə edən, ayrı-ayrı siyasi təşkilatların, qeyri-hökumət təşkilatlarının toplandığı bir qurumun Cəmil Həsənlinin namizədliyini nə dərəcədə təşkil etməkdən gedir. Milli Şurada xalq hərəkatından çıxan təşkilatlarla, El hərəkatı arasında tarix boyu bir bir ziddiyyət olub. Bunlar bir-birinə zidd təşkilatlardır. Ona görə də indi vəziyyət belədir. Hesab edirəm ki, Milli Şuranın ən böyük məsuliyyətini xalq hərəkatından çıxan qurumlar daşıyır.El hərəkatının Milli Şurada pozitiv istiqamətdə rolunu görmürəm.El hərəkatı hansı gücə malikdir, onu da gördük. Onun mitinqdə ortaya qoydugu güc nə idi ki, ölkə müxalifətini iflic etsin. Bəs onda Müsavat və Xalq Cəbhəsi nəyə lazım?` El `demokratik qüvvələrin birliyidir. Bu demokratik qüvvələrin içərisində heç də hamısı sağlam düşüncəli qüvvələr deyil. Azərbaycanın siyasi palitrasında onların mənafeyləri ilə Azərbaycanın milli mənafeyi üst-üstə düşmür. Təəssuflər olsun ki, bu qüvvələr Milli Şuranın vahid hədəfə doğru irəliləməsində problem yaradır və bu problemlər bundan sonra özünü daha çox göstərəcək`.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti