"YUNESKO-nun baş katibi seçilmək şansım var" - Polad Bülbüloğlu

  03 İyul 2017    Oxunub : 1259
"YUNESKO-nun baş katibi seçilmək şansım var" - Polad Bülbüloğlu
"Azərbaycanın nümayəndəsi kimi bu gün qlobal səviyyədə qarşılaşdığımız və YUNESKO-nun səlahiyyətləri çərçivəsində ən kəskin problemlərə fəal töhfə vermək bacarığımızı yüksək qiymətləndirirəm".
AzVision.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru olmaq şansı barədə danışarkən bildirib.

Səfir qeyd edib ki, 18 il Azərbaycanın Mədəniyyət Nazirliyinin rəhbəri olduğu dövrdə heç bir muzey, teatr, musiqi məktəbi, kitabxana bağlanmayıb:

“Bundan əlavə, 1994-2008-ci ildə rəhbəri olduğum Beynəlxalq Beynəlxalq Türk Dünyası Mədəniyyət Təşkilatında, həmçinin 2002-2004-cü illərdə MDB-də rəhbəri olduğum Mədəni Əməkdaşlıq üzrə Şura çərçivəsində beynəlxalq əməkdaşlığa dair uğurlu formatlar tapa bilmişəm".

Bülbüloğlunun fikrincə, belə təcrübə və bacarıqlarının olması onun özünü YUNESKO üçün uğurlu namizəd hesab etməsinə imkan verir: "Şans bütün layiqli namizədlərdə var. Odur ki, seçkiləri gözləyək".

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş katibi olmaq üçün namizədliyini irəli sürüb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Polad-Bülbüloğlu   Səfir   YUNESKO   Rusiya