747 milyon kompensasiya ödənilib

747 milyon kompensasiya ödənilib
  12 İyul 2017    Oxunub:1409
Ləğv prosesində olan “Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 87 mln. 601 min manat olmaqla onlardan 50 mln. 714 min manatı qorunan əmanətlər, o cümlədən 43 mln. 885 min manatı kompensasiya olunan əmanətlərdir.
Əmanətlərin Sığortalanması Fondundan AzVision.az-a verilən məlumata görə, 11 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 43 mln. 222 min manatdan artıq kompensasiya ödənilib, (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) və 662 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 77 mln. 116 min manat olmaqla onlardan 75 mln. 574 min manatı qorunan əmanətlər, o cümlədən 72 mln. 675 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixinə fond tərəfindən qorunan əmanətçilərə ümumilikdə 71 mln. 999 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99 %-i) və 676 mln. 221 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 30 mln. 191 min manat olmaqla onlardan 29 mln. 159 min manatı qorunan əmanətlər, o cümlədən 27 mln. 910 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixinə fond tərəfindən qorunan əmanətçilərə ümumilikdə 27 mln. 771 min manat kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,9 %-i) və 138 581 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Dekabank KB” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 5 mln. 360 min manat olmaqla onlardan 3 mln. 684 min manatı qorunan əmanətlər, o cümlədən 3 mln. 127 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 3 mln. 087 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,7 %-i) və 39 183 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Atrabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 31 mln. 024 min manat olmaqla onlardan 26 mln. 995 min manatı qorunan əmanətlər, o cümlədən 14 mln. 614 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixinə fond tərəfindən qorunan əmanətçilərə ümumilikdə 14 mln. 350 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) və 263 782 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 11 mln. 996 min manat olmaqla onlardan 6 mln. 617 min manatı qorunan əmanətlər, o cümlədən 2 mln. 090 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 2 milyon 004 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 95,8 %-i) və 86 452 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 mln. 499 min manat olmaqla onlardan 554 mln. 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 mln. 154 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 mln. 552 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,2 %-i) və 3 milyon 601 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 mln. 550 min manat olmaqla onlardan 3 mln. 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 mln. 099 min manatı kompensasiya olunan əmanətlərdir. 11 iyul 2017-ci il tarixinə fond tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 mln. 807 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 86 %-i) və 292 484 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 191 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıbvə bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 mln. 392 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747 milyon 351 min manatdan artıq kompensasiya ödənilib.

AzVision.az


Teqlər: kompensasiya  





Xəbər lenti