Əmanətçilərə 747 milyon kompensasiya ödənilib

Əmanətçilərə 747 milyon kompensasiya ödənilib
  08 Sentyabr 2017    Oxunub:1629
Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə məlumatını açıqlayıb.
Fonddan AzVision.az-a verilən məlumata görə, ləğv prosesində olan “Bank Standard” QSC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 mln. 499 min manat olmaqla onlardan 554 mln. 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 mln. 154 min manatı kompensasiya olunan əmanətlərdir. Sentyabrın 7-nə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 mln. 689 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,2%-i) və 3 mln. 465 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

"Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 mln. 550 min manat olmaqla onlardan 3 mln. 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 mln. 99 min manatı kompensasiya olunan əmanətlərdir. Sentyabrın 7-nə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 mln. 837 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) və 262 min 485 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 191 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

"Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976 min 441 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.

"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə 120 mln. 400 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

"Parabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Parabank"ın qorunan əmanətçilərinə 43 mln. 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5%-i) kompensasiya ödənilib.

"Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatmışdır. Ümumilikdə "Zaminbank"ın qorunan əmanətçilərinə 72 mln. 196 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3%-i) kompensasiya ödənilib.

"Kredobank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 914 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) kompensasiya ödənilib.

"Dekabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Dekabank"ın qorunan əmanətçilərinə 3 mln. 88 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) kompensasiya ödənilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Atrabank"ın qorunan əmanətçilərinə 14 mln. 352 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

"Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Qafqaz İnkişaf Bankı"nın qorunan əmanətçilərinə 2 mln. 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,8%-i) kompensasiya ödənilib. Ümumilikdə fond tərəfindən 11 bank üzrə 747 milyon 881 min manatdan artıq kompensasiya ödənilib.

AzVision.az


Teqlər: ƏSF   bank   əmanət  





Xəbər lenti