Fransa XİN-dən Qarabağ açıqlaması: “Bu istiqamətdə iş aparırıq”
"Münaqişə ilə bağlı ATƏT-in Minsk qrupunun fransalı həmsədri Visconti ilə daim əlaqə saxlayıram. Həmsədrlər münaqişənin həll olunması prosesində öz işlərini layiqincə yerinə yetirirlər. Bu yaxınlarda Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) iclası zamanı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi nəzərədə tutulur. Ola bilsin ki, gələcəkdə prezidentlər səviyyəsində görüş baş tutsun. Bu istiqamətdə Fransa iş aparır və prosesi yaxından izləyir"- Fransa rəsmisi deyib.
Eldar Tanrıverdiyev
AzVision.az