Komitə yağ monopoliyası ittihamına cavab verdi
AzVision.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda bildirilir ki, qurum bu sahədə inhisarçılığın olmadığını sübut etmək üçün ötən il ölkəyə yağ idxal edilmiş ölkələrin sayını və məhsulların həcmini açıqlayıb:
O cümlədən, 2016-cı ildə Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib. Daxili bazarda formalaşan qiymətlərə gəlincə isə bu məsələ DGK-nın səlahiyyətlərinə aid deyil", - Komitənin açıqlamasında qeyd olunub.
AzVision.az
Teqlər: DGK