Azərbaycana 46 milyon kredit ayrılacaq

Azərbaycana 46 milyon kredit ayrılacaq
  19 Oktyabr 2017    Oxunub:1164
Asiya İnkişaf Bankı bioenerji sahəsinin inkişafı üçün Azərbaycana 46 milyon dollar kredit ayırmağı planlaşdırır.
Bu barədə jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib.

O bildirib ki, bu layihələrin Ağcabədi, Oğuz və Samux rayonlarında reallaşdırılması nəzərdə tutulur. Həmin vəsait layihələrin 90 faizini təmin edəcək. Qalan 10 faiz isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.

“Hazırda bank bununla bağlı texniki iqtisadi əsaslandırma sənədlərinin hazırlanmasını yekunlaşdırır. Sənədlərə uyğun olaraq xüsusi bir tarif verildiyi halda bu bank layihələrin maliyyələşməsinə öz razılığını bildirəcək”.

AzVision.az


Teqlər: Azərbaycan   kredit  





Xəbər lenti