Siyasi elitamızın 26 ildir unudulmayan faciəsi - FOTOLAR

Siyasi elitamızın 26 ildir unudulmayan faciəsi - FOTOLAR
  20 Noyabr 2017    Oxunub:7944
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 26 il ötür.
AzVision.az xəbər verir ki, faciə nəticəsində həlak olan soydaşlarımızın ailə üzvləri, yaxınları və dostları Fəxri Xiyabanda onların məzarlarını ziyarət edib, xatirələrini yad ediblər.



Xatırladaq ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mİ-8" vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.

Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev, AzTV-nin işıqçısı Arif Hüseynzadə, video-operator Fəxrəddin İbrahim oğlu Şahbazov da var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.





























Anar Kəlbiyev
Foto: Elvin Abdulla


AzVision.az


Teqlər: Qarakənd   Xocavənd   Fəxri-Xiyaban  





Xəbər lenti