Azərbaycanla Aİ arasında aviasiya sazişi 99 faiz hazırdır

Azərbaycanla Aİ arasında aviasiya sazişi 99 faiz hazırdır
  07 Dekabr 2017    Oxunub:3033
Avropa İttifaqı 2018-ci ilin yanvar ayının ikinci yarısında Azərbaycanla aviasiya sazişinin imzalanacağına ümid edir.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı rəsmi nümayəndəsi Ketsutis Yankauskas bildirib.

Kestutis vurğulayıb ki, saziş artıq 99 faiz hazıdır. Xırda detalları razılaşdırmaq qalır.

Qeyd edilib ki, Avropa Komissiyası 2011-ci ilin oktyabrında Aİ-yə üzv 27 dövlətdən Azərbaycanla ümumi aviasiya məkanı haqqında sazişin imzalanması haqqında danışıqlar aparmaq üçün mandat alıb. Aİ Qərbi Balkan ölkələri, Gürcüstan, Moldova, Mərakeş, İordaniya, İsraillə eyni saziş imzalayıb, hazırda Ukrayna, Livan və Tunislə danışıqlar aparmaqdadır.

Aİ-nin “Vahid Avropa Səması” ideyası istənilən üzv ölkəyə marşrut və uçuşların sayının (tezlik) seçilməsi ilə bağlı məhdudiyyətsiz uçuşlar həyata keçirməyə imkan verir və bu uçuşların saziş iştirakçısı olan ölkənin istənilən aviasiya şirkəti tərəfindən həyata keçirilməsinə şərait yaradır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Azərbaycan  





Xəbər lenti