Azərtac daha bir agentliklə əməkdaşlıq edəcək

Azərtac daha bir agentliklə əməkdaşlıq edəcək
  16 Dekabr 2017    Oxunub:1547
AZƏRTAC və Kazinform uzun illərdən etibarən davam edən tərəfdaşlıq əlaqələrini yeni səviyyəyə qaldırmaq və daha da dərinləşdirmək niyyətindədir.
Azərbaycan və Qazaxıstanın iki aparıcı xəbər agentliyi arasında əlaqələrin perspektivləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun Kazinformun baş redaktoru Bibinor Tanelbayeva ilə görüşündə müzakirə edilib.

AZƏRTAC-da keçirilən görüşdə beynəlxalq informasiya təşkilatlarında birgə fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, iki dost və qardaş ölkənin əsas xəbər agentliklərinin beynəlxalq platformalarda daha sıx və səmərəli əməkdaşlığı üçün real imkanlar mövcuddur. AZƏRTAC hazırda Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik edir. “Ötən ilin noyabrında OANA-nın Bakıda keçirilən XVI Baş Assambleyasında Kazinform texniki komitənin üzvü seçildi. Kazinforma bu təşkilatda fəaliyyətini genişləndirmək üçün AZƏRTAC lazımi dəstək göstərməyə hazırdır”, - deyə baş direktor bildirib.

Bibinor Tanelbayeva Kazinformun media qurumlarda AZƏRTAC ilə daha sıx əməkdaşlıqda maraqlı olduğunu, birgə layihələrin həyata keçirilməsini dəstəklədiyini qeyd edib.

Görüşdə əlaqələrin intensivləşdirilməsi yolları, habelə müasir medianın inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: AZƏRTAC  





Xəbər lenti