Bakıda 4 otaqlı ev yanıb

Bakıda 4 otaqlı ev yanıb
  17 Dekabr 2017    Oxunub:1368
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Binəqədi rayonunda hər mərtəbəsi 150 m2 olan ikimərtəbəli 4 otaqlı mansard tipli evin 1-ci mərtəbəsində baş verib. Nəticədə 1 otağın yanar konstruksiyaları 12 m2 sahədə, 2-ci mərtəbəsində 3 otağın və mansardın yanar konstruksiyaları 150 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

AzVision.az


Teqlər: FHN   Yanğın   Ev  





Xəbər lenti