Abşeronda güclü yanğın olub - Yenilənib (FOTO)

Abşeronda güclü yanğın olub - Yenilənib (FOTO)
  19 Dekabr 2017    Oxunub:5642
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Sumqayıt yolunda yerləşən kafedə baş verən yanğınla bağlı məlumat yayıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonu ərazisində ümumi sahəsi 2725 m2 olan ikimərtəbə və mansardadan ibarət kafenin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 450 m2 sahədə, 2-ci mərtəbəsi və mansardası 1075 m2 sahədə yanıb. Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***
(09:22)

Bakı-Sumqayıt yolunda kafedə güclü yanğın olub.

AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün Sumqayıt şəhərində kafe kimi fəaliyyət göstərən ikimərtəbəli binada yanğın baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri əraziyə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.



AzVision.az


Teqlər: Yanğın   Kafe   FHN  





Xəbər lenti