Ofeliya işlədiyi evdən 11 minlik qızıl oğurlayıb

Araşdırmalarla ötən ilin sentyabr ayından cari il dekabr ayının 17-dək olan müddətdə mənzildən 11000 manat dəyərində qızıl-zinət və kosmetik əşyaların oğurlanması müəyyən edilib.
Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri tədbirlərlə həmin evdə qulluqçu kimi işləyən qadın şübhəli bilinərək saxlanılıb.
İstintaqa təhvil verilən Bakı şəhər sakini Ofeliya Zurabova törətdiyi əməli etiraf edib. Onun oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satdığı, bir hissəsini isə lombardlara verdiyi müəyyən edilib.
AzVision.az