Binəqədidəki yanğın söndürülüb - Yenilənib

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
Bakı şəhəri, Binəqədi rayonunda mağazada yanğın olub. AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerindədir. İlkin məlumata görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
AzVision.az