Yeni il hədiyyələri alarkən diqqətli olun! - Xəbərdarlıq

"Əvvəlki illərdə vaxtı keçmiş şirniyyatların qutulara yerləşdirilməsinin şahidi olmuşuq. Sahibkarlıq fəaliyyətinin yoxlanılması dayandırıldığından qutularla bağlı yoxlamalar apara bilmirik. Əgər müraciət edilsə, şikayət araşdırıla bilər".
İ.Abdullayev bildirib ki, RGEM qida təhlükəsizliyi məsələsinə nəzarət etməyəcək. Bu sahəyə yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.
RGEM direktor əvəzi vurğulayıb ki, dövlət bağçalarında və özəl bağçalarda xüsusi qida rasionlarında müəyyən çatışmazlıqlar var və bütün bağçalarda azyaşlılar üçün xüsusi menyuların tərtibinə diqqət ayrılmalıdır:
"Müəssisələrdə bu normaları pozan rəhbərliklər müvafiq normalara uyğun cəzalandırılır. Qeyd edim ki, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində olan qurumlar bağçaları qida ilə təmin edir və burada xüsusi standartlar yoxdur. Hər bağçada uşaqların yaş həddi, orqanizmi nəzərə alınır.
Məsələn, əgər hər bir uşağa 23 qram kərə yağı düşürsə, uşağın yaş həddi (3-6 yaş), orqanizmi (piylənməyə meyillilik və s.) nəzərə alınaraq azaldıla bilir. Qida rasionu azyaşlılar üçün olduqca önəmlidir və bu kimi norma pozuntuları kəskin şəkildə işıqlandırılmalıdır".
Qurum rəsmisi onu da qeyd edib ki, bağçalarda zəhərlənmə halları qidaların standartlara uyğun şəkildə saxlanılmaması ilə əlaqəlidir: "Ötən illə müqayisədə bu il belə şikayətlər azalıb. Bağçalarda qidalar müəyyən normalara uyğun (3-7 günlük) saxlanılır. Buna nəzarət üçün xüsusi komissiya yaradılıb. Belə olan halda bağırsaq çöpləri, mədə-bağırsaq pozuntusu kimi xəstəliklərin yayılmasının qarşısı alınır. Mövsüm ərzində dəfələrlə profilaktik tədbirlər aparılıb və heç bir gigiyenik norma pozuntusuna rast gəlinməyib".
Aytən Zəhra
AzVision.az