"2017-ci ilin yanvar ayının 1-dən bu günə qədər Bakının içməli su təhcizatlarından nümunələr götürmüşük. Nümunələr təkrar götürülür ki, suyun tərkib hissəsi yoxlanılsın və nəzarət edilsin. Nəzarət funksiyası həyata keçiriləndə nümunələrin birində çirklənmə aşkar olunubsa, onun faiz göstəricisi qeyd olunur. Su təchizatının yaxşılaşdırılması, əhalinin daimi su ilə təmin edilməsi ilə bağlı su anbarları və xətlərində yenidənqurma işləri gedir. Bulanıqlıq göstəricilərinə görə, tədqiqat zamanı belə nəticələr ortaya çıxır”.

Z.Kazımov qeyd edib ki, Bakının su təhcizatı ilə bağlı hansı ərazilərdə təmir işləri aparılırsa, həmin bölgələrdə belə nəticələr ortaya çıxa bilər: “Dəqiq yeri demək mümkün deyil. Həmçinin mərkəzi anbarların çıxışından götürülən nümunələrdən birində bakteriya aşkar edilib. Bu, anbarda problemin olması demək deyil. Su xətlərinin hər hansı hissəsindən götürülmüş nümunələr olur. Bu, onu deməyə əsas vermir ki, həmin anbarda çirklənmə var”.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorunun müavini Anaxanım Əliyeva ötən gün mətbuata açıqlamasında bildirmişdi ki, bu il Bakı şəhəri əhalisini içməli su ilə təchiz edən Kür, Ceyranbatan, Oğuz - Qəbələ - Bakı, Şollar və Xaçmaz təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6%, sanitariya - kimyəvi göstəriciləri üzrə 5,3 % normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun olub.
"Mərkəzi su anbarları və nasos stansiyalarından götürülən 1264 su nümunəsinin 1,6 %-i bakterioloji, 1,1 %-i sanitariya - kimyəvi göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. Qeyri-kafi nəticələrlə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri ilə yerində araşdırma aparılaraq dövlət standartlarına uyğun olmayan nəticələr üzrə operativ tədbirlər görülüb. Təkrar müayinələrin nəticələri norma səviyyəsində olub"- A.Əliyeva vurğulayıb.
Aytən Zəhra
AzVision.az