Gəncədə 825 partlayıcı oyuncaq aşkarlandı

Gəncədə 825 partlayıcı oyuncaq aşkarlandı
  23 Dekabr 2017    Oxunub:1627
Gəncədə ticarət mərkəzində partlayıcı oyuncaq satılmasının qarşısı alınıb.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dekabrın 22-də şəhər ərazisində yerləşən ticarət mərkəzində Daşkəsən rayon sakini İlkin Abdullayevdən yüksək səsyayıcı qabiliyyətə malik 825 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülüb.

AzVision.az


Teqlər: DİN   Gəncə  





Xəbər lenti